“Traxtur”un yarışında milli şüarlar və xanımların stadiona girişinə dəstək şüarları səsləndi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Traxtur” klubu ilə Rəşt şəhərinin “Sepid Rud Rəşt” komandası arasında keçirilən yarışda milli şüarlar səsləndirilib. Azərbaycanlı tərəfdarlar “Səhənd meydanında türk qızların yeri boş” şüarı səsləndirməklə qadınların stadiona girişinə icazə verilməsini tələb etdilər.

Güney Azərbaycanın Tirəxtur komandasının tərəfdarları həmişə olduğu kimi stadionda eyni zamanda “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndiriblər.

Yarışın 10-cu dəqiqəsində isə Güney Azərbaycanın ərazi bütövlüyünü himayə məqsədilə “Bu torpaqdan pay olmaz Heyran Gilan olmaz” şüarı səsləndirilib.

 

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın