Cümə , Aprel 19 2024
azfa

Türk əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırdı. Onların nəqli üçün Hərbi Hava Qüvvələrimiz də hazır vəziyyətdədir”, – o qeyd edib.

Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını geri almaqla böyük bir uğura imza atdığını deyən H.Akar Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini söyləyib:

“Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa, onu etmişik və edəcəyik. Azərbaycanla bağlı məclisdə qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.

Bəzi Qərb siyasətçilərinin “Azərbaycan Ordusu Qarabağı yandırıb-yaxdı” kimi açıqlamalarına reaksiya verən Akar bunları həqiqətdən uzaq və tamamilə yanlış dəyərləndirmə adlandırıb: “Orada Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd heç bir şey etməyib. Əsl həqiqətdə etdikləri 30 ildir işğal altında qalan torpaqlarını azad etməkdən ibarətdir. Bunu da hər kəs bilsin. Azərbaycan Ordusunu suçlamaq kimi xətaya yol verməmələri lazımdır. Azərbaycan Ordusunu “yandırıb-yaxmaq”da suçlamaq həqiqətən də böyük nadanlıq və yanlışlıqdır. İnsanın öz Vətənini qoruması, işğal altındakı topraqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da məhz bunu edir. Ermənistan ordusu isə bütün dünyanın gözü qarşısında çox açıq formada, göz görə-görə Azərbaycan ərazilərini, şəhərlərini bombalayıb. Bütün dünya bunu görsə də, bəziləri hələ də kor və kardır. Onların müasirlikdən, insan haqlarından, demokratiyadan, neytrallıqdan bəhs etmələri əsla mümkünsüzdür”.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın