Şənbə , Aprel 20 2024
azfa

Türk cümhuriyyəti Qırğızıstanda rus dili kənarlaşdırıla bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk cmhuriyyəti Qırğızıstanda rus dilinin rəsmi dövlət dili statusu alına bilər. Belə ki, Konstitusiyada dövlət dilinin ancaq qırğız dili olmasına dair dəyişiklik gündəmdədir.

Bu təkliflə ölkənin Konstitusiya Şurasının üzvü Sadirdin Törəliyev çıxış edib:

“Ola bilsin ki, bu, radikal səslənir. Ancaq mənim təklifim budur ki, təkcə qırğız dili rəsmi dövlət dili olmalıdır. Başqa dillər başqa qanunlarla inkişaf etdirərik”.

Onun sözlərinə görə, gənclər artıq qırğız dilində danışmır, heç kəs dili öyrənmir və ona ehtiyac aradan qalxır: “Bu şəraiti yenidən yaratmaq lazımdır ki, xalq dilini unutmasın”. 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın