Türk dövlətləri Ankarada görüş keçirəcəklər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.

“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …