Cümə axşamı , İyul 16 2026
azfa

Türk Dövlətləri Təşkilatı üzvlərinin dövlət başçılarının zirvə görüşü keçiriləcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib: “TDT çərçivəsində mayın 15-də Türküstanda liderlərin qeyri-rəsmi Zirvə görüşü, eləcə də Təhlükəsizlik Şurası katiblərinin, müdafiə sənayesi nazirlərinin görüşləri həyata keçiriləcək”.

O bildirib ki, bu görüşlər siyasi baxışlarda əlaqələndirməni daha da gücləndirəcək.

TDT Baş katibi TDT+ formatının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı öz fəaliyyətinin miqyasını genişləndirib: “Hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik. Eyni zamanda, Zirvə görüşlərində dövlət başçıları tərəfindən qəbul olunmuş mühüm qərarların lazımi şəkildə icrasına xüsusi diqqət yetiririk. Bu platforma əldə edilmiş irəliləyişi nəzərdən keçirmək və prosesi sürətləndirmək üçün bir fürsətdir. Bu gün qeyri-sabitlik bir çox yerlərdə baş qaldırır”.

Baş katib diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələr investisiya sahəsində mühüm razılaşma üzrə danışıqlara başlayıb: “Əslində, o təşəbbüs Qazaxıstan tərəfindən daxil olub. Baxmayaraq ki, bəzi üzv dövlətlər Avrasiya məkanına aiddir, lakin bu, Türk dövlətləri məkanında inteqrasiyaya mane ola bilməz. Bu baxımdan həmin sahədə biz Qazaxıstanın dəstəyinə arxalanırıq ki, konsensus əldə olunsun. Biz, həmçinin, Qazaxıstan, Qırğızıstan və Türkiyəni rəqəmsal iqtisadiyyatda tərəfdaşlıq sazişinin ratifikasiyasını tamamlamağa çağırırıq. Bu saziş qüvvəyə mindikdən sonra regionda rəqəmsal etimad artacaq və eyni zamanda, elektron ticarət də xeyli güclənəcək”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …