Bazar , Sentyabr 20 2026
azfa

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək

GADTB: Bu il Türk Dövlətləri Təşkilatı Milli Təhlükəsizlik Şurası sədrlərinin dördüncü iclası və müdafiə nazirlərinin görüşü keçiriləcək.

Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömer Kocaman “Report” İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd edib.

O bildirib ki, təşkilat müdafiə sənayesi sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir:

“Müdafiə sənayesi, hərbi və təhlükəsizlik sahələrində çoxtərəfli əlaqələrimiz getdikcə daha da genişlənir. Biz bu çərçivədə TDT Milli Təhlükəsizlik Şurası sədrlərinin üç iclasını keçirmişik. Dördüncüsü isə cari ilin sentyabr ayında Bişkekdə təşkil olunacaq. Bu il həm də TDT ölkələri müdafiə nazirlərinin iclasını keçirməyi planlaşdırırıq”.

Müsahib onu da əlavə edib ki, müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Müdafiə Sənayesi Əməkdaşlığı Platforması yaradırılır:

“Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu il İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində üzv ölkələrimizin əsas müdafiə sənayesi şirkətlərini və təsisatlarını bir araya gətirəcəyik”.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …