Bazar , Sentyabr 20 2026
azfa

G7-dən İrana xəbərdarlıq: İran heç vaxt nüvə silahı əldə etməməlidir

GADTB: Dünən Kanadada keçirilən görüşdə “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirləri İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu barədə birgə bəyanat yayıblar.

G7-nin birgə bəyanatının bir hissəsində vurğulanıb ki, “İran regional qeyri-sabitliyin əsas mənbəyidir və heç vaxt nüvə silahı yaratmağa və ya əldə etməyə icazə verilməməlidir”.

Bəyanatda bildirilib ki, İran regional qeyri-sabitliyin əsas mənbəyidir və Tehranın nüvə silahı hazırlamasına və əldə etməsinə heç vaxt icazə verilməməlidir.

G7 xarici işlər nazirləri həmçinin İrana xəbərdarlıq ediblər ki, o, “indi siyasi kursunu dəyişməli, gərginliyi azaltmalı və diplomatiyanı seçməlidir”.

7-lik Qrupu birgə bəyanatının digər hissəsində İran və Şimali Koreyanın Rusiyaya hərbi yardım göstərməsini və Çinin Moskvaya ikili təyinatlı silah və hissələrin verilməsində hərəkətlərini pisləyib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …