Şənbə , Sentyabr 19 2026
azfa

Türk Dövlətlərinin rəsmi beyin mərkəzləri Astanada yığıncaq keçirib

GADTB: Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) Üzv və Müşahidəçi Dövlətlərin Rəsmi Xarici Siyasət Araşdırma Mərkəzlərinin 9-cu toplantısı keçirilib.

İclasda Türkiye xarici işlər nazirinin baş müşaviri və Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri doktor Nuh Yılmaz və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.

Qazaxıstan Strateji Araşdırmalar İnstitutundan verilən yazılı açıqlamaya görə, toplantıda N.Yılmazdan başqa, TDT-nin Baş katibi səfir Kubanıçbek Ömüralıyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan nümayəndə və diplomatlar da iştirak ediblər.

N.Yılmaz iclasın xüsusi hissəsində çıxışında TDT-nin yarandığı gündən bu yana sürətli bir transformasiya keçdiyinə diqqət çəkib.

Dünya iqtisadiyyatında ticarət yollarının dəyişdiyini, Asiyanın ön plana çıxdığını vurğulayan Yılmaz tarix və coğrafiyanın onlara təqdim etdiyi bu imkanlarına üstünlük vermələrinin vacibliyini vurğulayıb.

İclas çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər də keçirən N.Yılmaz TDT-nin Baş katibi Ömuralıyevlə də görüşüb.

Yılmaz və Ömuralıyev təkbətək görüşdə türk dünyasındakı rəsmi beyin mərkəzlərinin qarşıdakı dövrdə ata biləcəyi ortaq addımlar və layihələri müzakirə ediblər.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …