Şənbə , Sentyabr 19 2026
azfa

Millət vəkilindən etiraf; Azərbaycan xalqını incidib, özümüzdən uzaqlaşdırdıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan İran məclisinin millət vəkili Əhməd Əlirzabeygi sosial media hesabında İranın Azərbaycan xalqını incidib, özlərindən uzaqlaşdırdığını etiraf edib.

O İran hökumətinin Ermənistana dəstəyini siyasəti məğlubiyyət adlandırıb.

Əlirzabeygi Vətən müharibəsi zamanı İranın Ermənistanı dəstəkləməsinin nəticələrinə toxunaraq yazıb: “Azərbaycan və Ermənistan arasında ikinci müharibə bundan əvvəlki Həsən Ruhani hakimiyyəti dövründə baş verdi. İran hökuməti məsələ ilə bağlı yanlış mövqe tutdu və bu, Azərbaycan xalqının bizdən daha da uzaqlaşmasına səbəb oldu. Onlar bizim qohumlarımızdırlar, ancaq biz elə bir iş gördük ki, onlar bizdən incidilər”.

O, hazırkı hökumətin də eyni yanlış siyasəti yürütdüyünü, bunun qarşılığında isə Ermənistanın Qərbə üz tutduğunu, ABŞ-la birgə hərbi təlimlər keçirdiyini xatırladıb:

“Ermənistan regional siyasətini yenidən formalaşdırır, NATO-nun bölgədə yerləşməsinə zəmin yaradır. Biz isə Ermənistana görə  Azərbaycan xalqını özümüzdən uzaqlaşdırdıq. Bu, İranın necə aldandığını və səhv siyasi kurs seçdiyini göstərir”.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …