Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türk məşqçi Ərtoğrul Sağlam Traxturdan danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk məşqçi Sağlam Traxtur komandası barədə deyib ki, bu komanda xüsusi komandadır. Təbrizin 2 milyon əhalisi var, İran adlanan ölkədə isə 35 milyondan çox türk yaşayır. Bütün bunlar Traxtur üçün böyük potensialdır.

Sağlam bildirib ki, Traxturun tərəfdarları düzgün korpusa çevrilərsə, bu komanda “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” kimi klubların sırasına keçə bilər:

“Belə bir komandaya baş məşqçilik etməyimlə fəxr edirəm. Bu komanda qonşu ölkələrdə də sevilir. Komanda tərəfdarları elə bir vəziyyət yaradıb ki, hətta Türkiyənin böyük komandalarının da belə bir şəraiti yoxdur. Lakin klubun tərəfdarları yenidən bir araya gələrək mövcud problemləri həll etməlidirlər”.

Qeyd edək ki, 4 aydır Traxtur komandasına baş məşqçilik edən Ə.Sağlamın klubla müqaviləsinin müddəti başa çatıb. Traxtur tərəfdarları türkiyəli mütəxəssisin komandaya baş məşqçiliyə davam etməsini tələb edirlər.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın