Şənbə , Aprel 18 2026
azfa

Türk ordusu Tel Abyadin mərkəzini YPG/PKK terrorçularından təmizlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib. Bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib.

Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib.

Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib.

“Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq”, – o deyib.

Prezident hərəkat çərçivəsində indiyə kimi 490 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin sərhəd bölgələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində 18 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın