GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ordusu türkə qənim kəsilən çox sayda PKK terrorçusunu məhv etdi. “Sülh çeşməsi” əməliyyatı bölgəsinin cənubunda Türkiyə Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edən PKK/YPG terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi məlumatına görə isə Türkiyə təhlükəsizlik qüvvələri YPG/PKK terror təşkilatına 1-31 mart tarixlərində ağır zərbələr endirib.
Türkiyə təhlükəsizlik əməkdaşları mart ayı ərzində 111 terrorçunu zərərsizləşdirib. Bir çox şəhərlərdə aparılan əməliyyat çərçivəsində şübhəli bilinən 73 nəfər saxlanılıb.
Qeyd edək ki, yanvar ayından martın sonuna kimi 67 terrorçu Türkiyə tərəfinə könüllü şəkildə təslim olub.