Türk ordusunun hucuma hazırlaşdığı Menbiçdə terrorçu kürdlər təhlükəli vəziyyət yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ordusunun hucuma hazırlaşdığı Menbiçdə terrorçu kürdlər təhlükəli vəziyyət yaradıb.

Türk ordusunun qorxusundan Menbiçi işğal edən terrorçu kürdlər bölgəni cinayətkar Əsədə həvalə ediblər.

Digər tərəfdən isə Azad Suriya Ordusu Menbiçə daxil olub.

15 minə yaxın ASO hərbçisi Menbiçin ətrafında yerləşməyə başlayıb

YPG terror qruplaşması Menbiçdən geri çəkilib.

Qruplaşma Menbiç şəhərindən geri çəkildiyini və nəzarəti Bəşər Əsəd rejimi qüvvələrinə təhvil verdiyini açıqlayıb.

Rusiya da Menbiçdəki son hadisələrlə bağlı mövqeyini açıqlayıb.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələ ilə bağlı verdiyi açıqlamasında deyib ki, rəsmi Moskva Suriya ordusunun Menbiçə girməsini məmnunluqla qarşılayıb.

.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın