Şənbə , Oktyabr 24 2026
azfa

Türk qırıcılar daha 12 hədəfi darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri ötən gecə Qəndil və Sincar istiqamətində təşkil olunan hava əməliyyatında 12 hədəfi məhv edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Qəndil, Sincar, Hakurk və Avaşin-Basyan istiqamətində təşkil olunan hava əməliyyatlarının gedişini Birləşmiş Əməliyyat Mərkəzindən izləyib.

“Ölkəmizə qarşı istənilən təhdid və təhlükəyə qarşı fəaliyyətlərimizi davam etdirəcəyik. Bundan dönüş yoxdur”, – Akar bildirib.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli isə deyib ki, hazırda hədəfimiz daha fərqlidir, bu dəfə Şimali İraqda terroru tamamilə aradan qaldırana qədər qalacağıq.

“Prezidentimizin təlimatı ilə oradan terroru söküb atana qədər qalacaq şəkildə bu əməliyyata başlamışıq. Təxminən bir il əvvəl əməliyyatın planlaşdırma mərhələsi başlamışdı. Bu bölgədə baza sahələri yaradıldı. Bu ilk dəfə edildi. Bazalar yaradılmadan daha irəli nöqtələrə bir əməliyyat təşkil etmək texniki baxımdan problemli olardı”, – Canikli bildirib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın