Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türk Şurası Ermənistanın dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Bildirilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:

“Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.

Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Bir cavab yazın