Cümə axşamı , Sentyabr 23 2021
azfa

Türk torpağına göz tikən Kürd Muxtariyyəti müstəqillik referendumunun nəticələrini ləğv edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.

Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. N. Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Türklərin yaşadığı bölgələri işağl edib saxtakarlıqla seçki keçirən kürdlər iddia edirdilər ki, guya seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.

Həmçinin yoxlayın

Şeyxülsilam Paşazadənin Ərdəbilin imam cüməsi Amuliyə cavabı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadə Ayətullah …

Çinin koronavirusu süni şəkildə yaradıb yayması faş oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Telegraph” dərgisi Çinin Uhan şəhərindən olan elm …