Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Regionda münaqişələrə səbəb olan Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinin “APA”ya istinadən yaydığı məlumata görə, Rusiyanın hərbi təlimlərinə bu imperialist dövlətin Xəzər donanmasının 20 gəmisi və kateri, o cümlədən “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç” “Velikiy Ustyuq”, “Volqodonsk”, “Mahaçqala” və “Astraxan” kiçik raket və artilleriya gəmiləri qatılıb.

Təlimdə məqsəd “düşmən”in hava hücumunu dəf etməkdir.

Qeyd edək ki, Rusiya öz imperia nüfuzu və siyasətini genişləndirmək üçün Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda münaqişələr, Krım Yarımadasının işağlı ilə bağlı münaqişə, Moldava və digər bölgələrdə münaqişə və işğala səbəb olub. Dünyada diktatora və terror himayəçisi və sivil dünyanın qarşısında dayanan şər qüvvəsinə çevrilib. Bu imperialist dövlətin Xəzərdə hərbi təlimi də bölgənin sabitliyini pozmağa xidmət edir.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …