Cümə axşamı , Sentyabr 17 2026
azfa

Türkcə adlara qadağa səbəbindən şəxsiyyət vəsiqəsiz qalan azərbaycanlı uşaqlar

GADTB: İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi valideynlərin övladlarına türkcə ad seçməsinə qadağa nəticəsində hər gün çoxsaylı ailələr bu hüquqdan məhrum edilir. Bu ayrı-seçkilik uşaqların şəxsiyyət vəsiqəsi ala bilməməsinə, nəticə etibarilə isə sığorta, səhiyyə və müalicə xidmətlərindən yararlana bilməməsinə səbəb olur. Həmçinin işləyən anaların analıq məzuniyyətindən məhrum edilməsi, sosial yardımların və “Ədalət payı”nın alınmaması, səyahət biletlərinin əldə edilməsində çətinliklər, əlavə xərclər, valideynlər üzərində psixoloji gərginlik və stress kimi problemlər yaranır. Bu vəziyyət türklər arasında ayrı-seçkilik, kənarlaşdırılma və ögey münasibət hissini gücləndirir.

Məsələ valideynlərin övladlarına ad seçmək hüququnun pozulması ilə yanaşı, ölkədə bərabərlik, insan ləyaqəti və mədəni müxtəlifliyə hörmət prinsiplərinə də ziddir. Bununla belə, bir çox valideyn müxtəlif səbəblərdən uşaqlarının şəxsiyyət vəsiqəsiz qalmasını mediaya çıxarmaqdan çəkinir.

Bu paylaşımda @dan.magazin səhifəsinin #بالامین_آدی kampaniyası çərçivəsində bir aydan altı ilədək müddətdə şəxsiyyət vəsiqəsi ala bilməyən 16 uşağın adı toplanıb:

Çağrı-Manas Feyzullahnejad – 6 yaş (Makı)

Dumrul – 6 yaş (Təbriz)

Atakan Əfşar – 4 yaş (Qəzvin)

Yaradan – 4 yaş (Təbriz)

Turhan Rəhməti – 18 aylıq (Əhər)

Arka Rəzmi – 15 aylıq (Təbriz)

Batuhan Feyzullahnejad – 10 aylıq (Makı)

Güntay Cavanşir – 8 aylıq (Parsabad)

Hayal Qurbanı – 8 aylıq (Təbriz)

Atahan – 6 aylıq (Makı)

Öykü.H – 5 aylıq (Təbriz)

Elşən Abdullahi – 4 aylıq (Xoy)

Talay Minqi – 3 aylıq (Təbriz)

Alihan Lək – 3 aylıq (Xoy)

Alihan Xakpur – 2 aylıq (Ərdəbil)

Alihan.R – 1 aylıq (Əhər)

Qeydiyyat şöbəsində bu ayrı-seçkilik praktikasına son qoymaq məqsədilə hüquqşünas və vəkillərin birgə hazırladığı “Mülki Vəziyyət Aktlarının Qeydiyyatı haqqında Qanunun 20-ci maddəsinə düzəliş layihəsi”nin şəhər nümayəndələrinə təqdim edilməsi və Milli Məclisdə gündəmə gətirilməsi çağırışı edilib. Məqsəd valideynlərin övladlarına ad seçmək hüququnun qanunla təmin olunmasıdır.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …