Şənbə , Avqust 22 2026
azfa

Qaşqayların tanınmış simalarından Firəngiz Bibi Kəşkuli ilə möhtəşəm vida mərasimi keçirilib

GADTB: Bazar günü günorta saatlarında Şiraz şəhərində Qaşqayların tanınmış simalarından biri, Dariyuş xan Bahadurı Qaşqayının həyat yoldaşı Firəngiz Bibi Kəşkülinin nəşi ilə möhtəşəm vida mərasimi təşkil olunub. Mərasimdə geniş ictimaiyyət, el ağsaqqalları və bir qrup sənət adamı iştirak edib və bu tədbir Qaşqaylar arasında sosial həmrəyliyin nadir nümunəsini nümayiş etdirib.

İştirakçılar birlik və nizam içində bu Qaşqay xanımının nəşini Qəsr-Qümşə şəhərciyinin qəbiristanlığına qədər müşayiət ediblər. Kütləvi iştirak Firəngiz Bibi Kəşkülünün cəmiyyətdəki mövqeyinin sırf ailə çərçivəsindən kənara çıxdığını, adının Qaşqay toplumunun tarixi yaddaşında yer aldığını göstərib.

Firəngiz Bibi Kəşkülü ötən illər ərzində Qaşqayların sosial və siyasi fəaliyyətlərinin mərkəzində yer alıb, digər fəallarla birlikdə bu toplumun İran hakimiyyətinə qarşı mübarizəsində mühüm rol oynayıb. Mərasim iştirakçılarının sözlərinə görə, onun fəaliyyəti praktik və təsirli xarakter daşıyıb.

Vida mərasimində çıxış edənlər Firəngiz Bibi Kəşkülünün xatirəsini ehtiramla yad edərək, vəfatını Qaşqay cəmiyyəti üçün ciddi itki kimi qiymətləndirib, onun adının və rolunun bu xalqın mübarizə tarixində daim yaşayacağını vurğulayıblar.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …