Çərşənbə axşamı , İyul 8 2025
azfa

Türkiyə 2020-ci ildə ixracda tarixi rekord qırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan 2020-ci ili ixracda tarixi rekordla bağladıqlarını bildirib.

Pekcan “2020-ci il Xarici Ticarəti Qiymətləndirmə” yığıncağında verdiyi açıqlamada “2020-ci ili ixracımızda tarixi rekordla bağladıq” deyib.

Pekcan dekabr ayında ixracatın 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 17 milyard 844 milyon dollar olduğunu və bunun bütün zamanların ən yüksək aylıq ixracat rəqəmi olduğunu qeyd edib.

“2020-ci ili 169,5 milyard dollarlıq ixracatla bağladıq. Bu, Türkiyənin ixracatçıları və bizim uğurumuz” deyən nazir Pekcan 2020-ci ilin son rübü etibarilə ən yüksək rüblük ixracat rekordunun 51,2 milyard dollarlıq ixracatla qırıldığını dilə gətirib.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …