Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizin bələdiyyə binası dağılmaq təhlükəsi ilə qarşılaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin bələdiyyə binasından şəhərin idarəçiliyi üçün istifadə edilməsi, Təbriz Şəhər Şurasının iclaslarının bu binada keçirilməsi və binanın mühafizə edilməməsinə görə həmin tarixi əsər dağılmaq təhlükəsi ilə qarşılaşıb.

Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan İRNA xəbər agentliyinə müsahibəsində son illərdə binada eroziya baş verdiyini və təcili təbdir görülməzsə binanı qurtarmağın mümkün olmayacağını bildirib.

Şəhər Şurasının üzvlərinin hamısı bu möhtəşəm tarixi binanın muzeyə çevrilməsi barədə həmfikir olsalar da yaxın gələcəkdə binanın şura üzvləri tərəfindən boşaldılması və muzeyə çevrilməsi gözlənilmir. Çünki, illər öncə Təbriz Şəhər Şurasının üzvləri binanın muzeyə çevrilməsi və bələdiyyənin şəhər şurasının iclaslarını keçirmək üçün yeni bina inşa etməsinə dair layihə təqdim etməsinə rəğmən bu barədə heç bir iş görülməyib.

Qeyd edək ki, Təbriz Bələdiyyə Binası 1936-1940 illəri ərzində Təbrizin həmin dönəmdə bələdiyyə başçısı Ərfəülmük Cəlili tərəfindən inşa edilmiş, daha sonra İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır. Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …