Şənbə , Aprel 20 2024
azfa

Türkiyə 63 kənd və starteji mövqeni terrorçulardan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türk ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Racco bölgəsindəki iki kəndi PKK/PYD terrorçularından azad edib.

Ani hücuma keçən ordu Racconun Həsən Kalkavi və Calmah kəndlərini terrorçulardan təmizləyib. Hazırda kəndlərdə axtarış tədbirləri həyata keçirilir və mövqelər qurulur.

Əməliyyatın keçirildiyi 28 gün ərzində ümumilikdə 63 kənd və mövqe terrorçulardan təmizlənib, zərərsizləşdirilən terrorçu sayı isə 1551-ə yüksəlib.

Bu arada isə Türkiyəyə qarşı antitürk dairələr, o cümlədən irqçi fars rejimi yalan qarayaxmaya davam edir. Türkiyənin “Zeytun budağı” əməliyyatının ən böyük uğuru kimi qardaş ölkə rəsmiləri sivil itkilərin olmamasını göstərir. PKK tərəfdarları və Avropanın, o cümlədən İranın bəzi media qurumlarının YPG-dəki mənbələrə əsaslanaraq yaydıqları məlumatdan başqa heç bir qurum Türkiyənin Afrin əməliyyatında mülki vətəndaş ölümünə səbəb olduğunu təsdiqləməyib.

Əksinə, mülki geyimdə əhalinin arasında gizlənən terrorçuların türk ordusunun bir neçə əsgərini şəhid etdiyirəsmi olaraq təsdiqlənib. Buna baxmayaraq, türk ordusu yenə də mülki itkilərin qarşısını almaq üçün öz həyatları bahasına mülki geyimlilərə qarşı aqressiv davranmır.

Hətta bu vaxta qədər yayılmış foto və videolarda əksini tapanlar həqiqət olsa belə, yenə də mülki vətəndaş ölümü 10 nəfərdən artıq deyil. Belədə, rəsmi olaraq minlərlə sivil vətəndaşın ölümünə səbəb olan qüvvələrin 28 gündür böyük əməliyyat aparan və 1600 terrorçu zərərsizləşdirən Türkiyəyə qarşı “2 sivil öldü” deyə təbliğat aparması heç bir halda anlaşılmır.

 

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

Bir cavab yazın