Bazar ertəsi , Fevral 9 2026
azfa

Türkiyə, Almaniya, Hollandiya, Avstraliya və s. ölkələrdə Azərbaycana dəstək yürüşləri keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Dünya Türk Birliyi (DTB) təşkilatı “Erməni işğalına son!” şüarı altında Ankara şəhərində mitinq təşkil ediblər.

Mitinq şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TADƏHF-in sədri, professor Aygün Əttar, DTB-nin sədri Murat Çobanoğlu və Turan İlləri Konfederasiyasının (TİK) sədri Hüseyn Avcı aksiyada çıxış ediblər.

Həmçinin Almaniyada azərbaycanlıları möhtəşəm mitinq və yürüş keçiriblər.

Ermənistanın Berlindəki səfirliyinin qarşısına toplaşan azərbaycanlılar Azərbaycan və Türkiyə bayraqları qaldırıb.

Etirazçılar əllərində “Ermənilərin yalanlarına son!”, “Qarabağ bizimdir!”, “Erməni aqressiyasına son!” yazılı plakatlar qaldırıb, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndiriblər.

Düsseldorf şəhərində isə azərbaycanlıların iştirakı ilə genişmiqyaslı yürüş keçirilib. Tovuz döyüşlərində həlak olan şəhidlərin fotolarını nümayiş etdirən soydaşlarımız “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirib.

Azərbaycanlılar həmçinin Hollandiya, Avstrliya və digər dünya ölkələrində Azərbaycan ordusuna dəstək mitinqi keçiriblər.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın