
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə də Amerikanın rejimə qarşı sanksiyaları ilə əlaqədar irqçi fars rejimin neftindən imtina edir.
Bu barədə “Röyters” agentliyi dünən məlumat yayıb.
Məlumatda bildirilir ki, hətta son bir ayda İran neftini daşıyan heç bir gəmi Türkiyə limanlarına buraxılmayıb. Türkiyə, ABŞ-ın İrandan neft alan 8 ölkəyə alternativ variant tapmaq üçün istisna olaraq, 6 ay vaxt verdiyi ölkələrdən biri idi. Həmin müddət başa çatandan sonra, Türkiyənin ən böyük neft emalı zavoduna malik Tüpraş şirkəti vaxtın yenidən uzadılması məqsədi ilə Amerika hökumətinə müraciət etsə də, rəsmi Vaşinqton, möhlətin yenidən uzadılmasına razılıq verməyib.
Qeyd edək ki, ABŞ-ın Tehrana qarşı sanksiyalardan əvvəl, irqçi fars rejim Türkiyənin neftə olan ehtiyacının 15 faizini təmin edirdi. Artıq ABŞ-ın sanksiyaları rejiminn neft ixracını azaldıb və hazırda rejimin gündəlik neft ixracatı 500 min bareldən aşağı düşüb.