Cümə , Sentyabr 22 2023
azfa

Türkiyə F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatları ələ keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ F-35 təyyarələrinin satışına qadağa qoymaq istəsə də, ilk təyyarə Ankaraya təhvil verilib.

Türk pilotlar ABŞ-ın Luke hərbi hava bazasında F-35 təyyarəsində test uçuşu həyata keçiriblər.

“Yeni Şəfəq” qəzeti yazır ki, F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatlar türk pilotlarına verilib.

Məlumata görə, F-35 proqramı çərçivəsində 100 ədəd təyyarə almaq istəyən Türkiyə hələlik 35 ədəd təyyarə sifariş verib. İlk etap təyyarələrin ödənişləri də edilməyə başlanılıb. Artıq 10 təyyarə üçün 1 milyard dollar ödəndiyi deyilir.

Türk pilotların test uçuşu etdiyi təyyarənin bütün mülkiyyət hüquqları da Türkiyəyə verilib.

Həmçinin yoxlayın

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində …

Molla rejimi etirazlarda öldürdüyü azərbaycanlı gəncin ailəsinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin şəhərindən …

Bir cavab yazın