Cümə axşamı , Fevral 12 2026
azfa

Türkiyə İnsan Haqları Fondu: Ermənilərin tarixi Anadolu və Azərbaycanda günahsız insanların qanı ilə ləkələnib

yq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərin tarixi Anadoluda və Azərbaycanda günahsız, qətlə yetirilmiş insanların qanı ilə ləkələnib.

Bunu Türkiyənin İnsan Haqları Fondunun Etika komitəsinin üzvü Aşkın Yıldırım Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

A.Yıldırım bildirib ki, ermənilərin 1915-ci ildə qondarma “soyqırımı” iddialarının heç bir əsası yoxdur.

O vurğulayıb ki, tarixdə heç vaxt “erməni soyqırımı” olmayıb, yalnız böyük erməni yalanı var: “Erməni quldurlarının 1915-1918-ci illərdə Anadoluda dinc sakinlərə qarşı vəhşiliyi isə faktlarla sübut olunub”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma “erməni soyqırımı” ilə bağlı anım günü elan etmək niyyətindədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma “erməni soyqırımı” ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

Fransa 1915-ci il hadisələrini qondarma “soyqırım” kimi tanıyan ilk dövlətlərdən biridir.

 

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın