GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk və Qəndil bölgələrindəki hava əməliyyatı zamanı PKK-nın 25 terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, zərərsizləşdirilən qrup arasında onun rəhbəri də var.
“Xəbərdarlıq etdik: PKK terror təşkilatı Qəndil də daxil olmaqla, özünü heç bir yerdə rahat hiss etməyəcək. Terrorçuların qaçmağa başqa yeri yoxdur”, – nazir deyib.