Cümə , Aprel 17 2026
azfa

Türkiyə PKK terrorçularına qarşı yeni əməliyyata başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Muş rayonunda “Eren Qış-17 Şəhid Jandarma Baş leytenantı İsmayıl Moray əməliyyatı” (Eren Kış-17 Şehit Jandarma Üsteğmen İsmail Moray Operasyonu) başladı.

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən edilən şərhdə yazılır: “Əməliyyat terrorçuları “axtar, tap, yox et” taktikası ilə zərərsizləşdirmək, hücumlara hər cür hazırlıqlarını boşa çıxarmaq və bölgədə dinclik mühitini gücləndirmək məqsədi daşıyır.

 Muş Rayon Jandarma Komandanlığının idarəsində olan Jandarma Komandası, Jandarma Xüsusi Hərəkat (JÖH) bölmələri və Təhlükəsizlik Təşkilatı Meşəbəyi komandalarından ibarət 1071 personal, 74 operativ dəstə əməliyyata cəlb olunub.

Ölkə daxilində terrorun tamamilə ortadan qaldırılmasına qarşı icra edilən Eren əməliyyatları vətəndaşların dəstəyilə qərarlı şəkildə və müvəffəqiyyətlə davam edəcək”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …