Cümə axşamı , Oktyabr 22 2026
azfa

Albaniyanın Yenisey mahalı

GADTB: Yenisey yalnız uzaq Sibirdə bir çayın adı deyildir. Qədim bir türk nəslinin adıdır. Onların bir oymağı Albaniya ilə İberiya arasında yaşayırdı. Bunu mən dilimə gətirsəm, adı bizdən, zatı İrandan olan professorlar inciyərlər. Yevrey əsilli gürcü alimi Platon İoseliani hələ 1847-ci ildə yazırdı ki, Albaniyanın bir mahalı və həmin  mahalın hakim nəsli Yenisey adlanırdı. O, indiki İlisudur. Onlar ona görə özlərinə İlisu deyirdilər ki, göylərdən gələn ilıq suya, yağış sularına tapınırdılar. Bu inam xristianlıqdan çox qabaqkı dönəmlərə aiddir. Göylərdən gələn müqəddəs sulara sitayiş edən başqa bir türk nəsli isə İrəvan çuxurunda yaşayırdı. Onlar er.əv.lX əsrdə Albaniyanın qərbinə köçüb sahilində yurd saldıqları gölü Göksu adlandırdılar. Daha sonra o gölün adı Göyçə şəklinə düşdü.

İlhami Cəfərsoy,

Tarixçi Alim.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …