Çərşənbə axşamı , Mart 10 2026
azfa

Türkiyə rəsmiləri İran adlanan ölkədən müqavilə əsasında qaz alacağını bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın sanksiyalarına rəğmən Türkiyə İran adlanan ölkədən qazını almağa davam edəcək.

Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.

“Bizim üçün enerji təhlükəsizliyi çox vacibdir. Bizim İranla qaz müqaviləmiz var və onun fəaliyyəti 2026-cı ilə qədərdir. Bu müqaviləyə əsasən İrandan illik 9,5 milyard kub metr qaz alırıq. Biz vətəndaşlarımızı soyuqda saxlamaq və elektriksiz qoymaq istəmirik” ,– deyə o bildirib.

Qeyd edək ki, irqçi fars rejimi qeyri-konstruktiv siyasətinə görə sanksiyalarla qarşılaşıb.

Həmçinin yoxlayın

İran Kürd Demokrat Partiyasının təhdidləri: Türkiyəyə qarşı mesajlar və Azərbaycan türklərinin rolu nəzərə almamaq

GADTB: İran Kürd Demokrat Partiyasınin rəsmi X səhifəsində yayımlanan məqalədə Türkiyə açıq şəkildə hədəf göstərilib …

İsrail İranda öldürülməsi planlaşdırılan şəxslərin siyahısını yaydı

GADTB: İsrailin “Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb. Siyahıda yeni …

Bir cavab yazın