Bazar ertəsi , İyun 15 2026
azfa

Türkiyə Suriyanın bəzi bölgələrinə nəzarət edək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın ən böyük ikinci şəhəri sayılan Hələbin yaxın vaxtlarda Türkiyənin nəzarətinə veriləcəyi iddia edilir.

Bu barədə iddia ilə çıxış edən Türkiyə mətbuatı artıq məsələ ilə bağlı Rusiya ilə danışıqların aparıldığını qeyd edib.

Müharibə öncəsi 5.5 milyon insanın yaşadığı Hələbin, rejimin hücumları və 2013-cü ildə müxaliflərin bölgədən tamamilə çıxarılması səbəbilə 75 faizi boşaldılıb. Bir vaxtlar Yaxın Şərqin ən böyük sənaye şəhəri sayılan Hələb Türkiyənin nəzarətinə keçdikdən sonra yenidən bərpa edilib dirçəldiləcək, bundan sonra isə Türkiyə və Avropada yaşayan 3 milyondan çox suriyalı bu əraziyə geri qayıdacaq. Türkiyə Hələbə nəzarəti Azad Suriya Ordusu ilə birlikdə həyata keçirəcək.

“Həma, Hələb və İdlibin Türkiyənin nüfuz dairəsinə daxil edilməsi ilə bağlı siyasi və hərbi baxımdan böyük məsafə qət edilib”, – Suriya Müxalif Qüvvələr İnqilabi Koalisiyası üzvü Fuad Aliko deyib.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın