Türkiyədə Sarıqamış hərəkatının 107-ci ildönümü qeyd olunur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib. Qarsda hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən təşrif buyuran ziyarətçilər iştirak ediblər.

15 İyul Demokratiya Meydanına toplaşan izdiham 107 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb.

  Bildirilir ki, təxminən on min nəfərlik izdiham Türkiyənin dövlət bayrağını dalğalandıraraq üç kilometr yürüş edib. Sonra yürüşçülər Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ölkə ərazisində Sarıqamış şəhidlərinin xatirəsi müxtəlif formalarda anılıb. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. “Qarı yorğan edənlər” şüarı altında şəhidlərin əziz xatirəsinə qardan heykəl düzəldilib. Bunun üçün Cıbıltəpə Xizək Mərkəzinə təxminən 200 yük maşını qar daşınıb.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …