Çərşənbə axşamı , Mart 10 2026
azfa

Türkiyədən Naxçıvana dəmir yolu çəkilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu günlərdə Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasına başlanılıb.

Qeyd edilən açıqlama ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edib. Qars-İqdır-Aralık-Dilicu dəmiryolu Türkiyədən yüklərin və sərnişinlərin Naxçıvana daha asann daşınmasını təmin edəcək.

Qeyd edək ki, sözügedən dəmir yolu Türkiyənin Naxçıvanla sərhəddə azad iqtisadi zonanın  yaradılmasında mühüm rol oynayacaq.

Həmçinin, yeni dəmir yolu xətti iqtisadi əhəmiyyətinə görə Türkiyə-Naxçıvan-İran-Fars körfəzi istiqamətində  tranzit dəhlizə və logistik mərkəzə çevriləcək.

 

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın