Bazar ertəsi , Noyabr 10 2025
azfa

Türkiyənin bəzi hava limanları da irqçi fars rejimin təyyarələrinə yanacaq vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin rəsmisi Türkiyənin bəzi hava limanlarının rejimin təyyarələrinə yanacaq vermədiyini deyir.

rejimin aviasiya şirkəti olan İran Air-in icraçı direktoru Turəc Dehqani Zəngənə avqustun 7-də jurnalistlərə açıqlamasında Türkiyəyə sərnişin daşıyan şirkətə məxsus təyyarələrin yanacaqsız qalmasını bildirib.

Zəngənə bildirib ki, Amerikanın İrana qarşı sanksiyalara görə, Türkiyənin bəzi hava limanları İran Air-ə məxsus sərnişin təyyarələrini yanacaqla təmin etməkdən çəkinir.

O həmçinin deyib:  “Təəssüflə, Türkiyənin bir sıra hava limanları, o cümlədən də İstanbul hava limanı “İran Air” şirkətinə və İranın digər aviasiya şirkətlərinə məxsus sərnişin təyyarələrə yanacaq verməkdən imtina edirlər”.

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …

Bir cavab yazın