Türkiyənin “TGRT” kanalında koronaya yoluxan azərbaycanlı siyasi məhbusların vəziyyəti müzakirə edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “TGRT” kanalında koronaya yoluxan azərbaycanlı siyasi məhbusların vəziyyəti müzakirə edilib. Türkiyədə yaşayan azərbaycanlı jurnalist və fəal Taha Kirmani Türkiyənin “TGRT” televizya kanalına verdiyi müsahibədə deyib ki, Abbas Lisaninin sağlıq durumunun ağır olmasına baxmayaraq təxminən bir aya yaxındır ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamasına qadağa quyulub.

Kirmani tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani və başqa azərbaycanlı siyasi məhbusları vəziyyəti və onların koronovirusa yoluxmaları barədə danışıb.

Kirmani deyib: “Ərdəbil zindanındakı azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatlar belədir ki, verilən bilgilərə görə, azərbaycanlı məhbuslar və siyasi fəallar arasında koronovirus xəstəliyinin əlamətləri görünüb. Başqa bir vacib məsələ isə məhbusların yazılı və şifahi istəklərinə rəğmən onların üzərində koronovirus testlərinin aparılmamasıdır.

Əldə etdiyimiz məlumata görə, Ərdəbil zindanı klinikasının işçiləri müalicə imkanlarının zəif olduğu və məhbusların müayinə, eləcə də müalicə üçün zindandan xəstəxanalarda müalicə edilməli olduğunu bildirirlər. Bu günə qədər isə azərbaycanlı fəalların heç birinin müalicə almasına icazə verilməyib.

Bununla bağlı müsahibənin tam mətninə buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın