Türkiyə ABŞ sanksiyalarına qarşılıq verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir. Bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

“ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək”, – nazir deyib.

R.Pekcan həmçinin yerli şirkətlərin maraqlarını ABŞ-ın ədalətsiz addımlarından qorumağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə bütün addımlara analoji cavab verəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə – müvafiq olaraq, 50% və 20%-ə qədər artırılmasına dair fərman imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.‍

 

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın