Çərşənbə axşamı , May 13 2025
azfa

Türkiyə hərbi təyyarələri 9 PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat verilib.

Qeyd edilib ki, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonu və ətrafında “Pəncə” şərti adı altında irimiqyaslı anti-terror əməliyyatları həyata keçirilir.

Həmçinin yoxlayın

Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub

GADTB: İrqçi fars-molla rejimi Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyub. Bu haqda …

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Bir cavab yazın