Türkiyə İranı yalan iddialarına cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi qum və toz fırtınalarının yaratdığı ekoloji problemlər, eləcə də Tehranda havanın çirkliliyə görə İranın yalan iddialarına cavab verib.

Türkiyə XİN sözçüsü Tanju Bilgiç bu iddiaların yalan olduğunu bildirib.

“Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu, bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum, toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır”, – nazirlik rəsmisi deyib.

Qeyd edək ki, İran tərəfi ölkədə toz fırtınasının yüksəlməsinin səbəblərindən biri kimi Ankaranın inşa etdiyi bəndləri göstərib. Halbu ki, İran rejimi qəsdən Urmiya gölünü qurutmaqla təkcə cənubi Azərbaycanda deyil, bütün regionda ekoloji fəlakətə səbəb olub. Şəkildən də göründüyü kimi Van gölü olduğu kimi qalıb, lakin İran rejimi Urmiya gölünü qurudub.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …