Cümə , Aprel 18 2025
azfa

Türkiyə İranın nalayiq hərəkətinə cavab olaraq İran səfirinə etiraz notası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb.

Türkiyə XİN-ə çağırılan səfir Ferazmendə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərifin “Twitter” hesabında Türkiyə Prezidentinin ünvanına yazdığı əsassız ittiham İran və Türkiyə arasındakı münasibətlərə xələl  gətirib. Bu, İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir və qəbuledilməzdir.

Qeyd edək ki,  bu gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi  şerə İran XİN-də siyasi xarakter verildiyi üçün, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq Türkiyədən bu barədə izahat  tələb olunub.

İranın nalayiq və antitürk hərəkəti Düney Azərbaycanda da geniş etirazlara səbəb olub və minlərlə Azərbaycan türkü videolar çəkib yaymaqla cənab Ərdoğanı və Azərbaycanı dəstəklədiklərini bildiriblər.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …

Bir cavab yazın