Şənbə , Oktyabr 31 2026
azfa

Türkiyə meşələrinə od vuranlar ermənilərin təlim verdiyi PKK terrorçularıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları var.

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, bu terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA-dır:

“Atəşin uşaqları”na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələrindən məsul şəxsi də məhz ermənidr…

Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran “Atəşin uşaqları” terror təşkilatı rəsmi bəyanatında da demişdir: “Hatayı biz ermənilərə dəstək üçün yandırdıq”.

Türkiyədə iş adamı olan ermənilər bu terror təşkilatına mütamadi maliyyə yardımı edirlər. İkinci Qarabağ müharibəsi zamanı öz saytlarında ermənilərə dəstək verən bu terror təşkilatı PKK-nı erməniləri müdafiə etməyə səsləyib”.

Həmçinin yoxlayın

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu: Koləng Qəzla kompleksi bir neçə mərtəbədən ibarət ola bilər

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu (ISIS) hesabatında bildirib ki, Nətənz uranın zənginləşdirilməsi obyektinin yaxınlığında …

Deni Danondan molla rejiminə: “Ayaqlarınızın altındakı torpaq qaynayır; İranda xalq tezliklə öz taleyini müəyyən edəcək”- Video

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Deni Danon cümə günü, 30 oktyabr 2026-cı ildə İran …