Bazar , Dekabr 22 2024
azfa

Türkiyə Milli Müdafiə Nazirliyi F-35-lərə görə S-400-lərdən imtina məsələsinə aydınlıq gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk S-400 zenit raket kompleks sistemlərindən istifadə edilməməsi şərtilə Ankaraya F-35 qırıcılarının satışının reallaşacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Aktürk bu barədə həftəlik brifinqdə danışıb.

“Türkiyənin hava hücumundan müdafiə ehtiyacları üçün sistem tələbləri davam edir. Bu çərçivədə S-400 sistemləri Türkiyə Silahlı Qüvvələrinin inventarındadır. Hazırda yayılan məsələ ilə bağlı yeniliklər yoxdur”, – nazirlik rəsmisi bildirib.

Həmçinin yoxlayın

İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir

GADTB: Blombergin yaydığı məlumata görə, İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir. Belə …

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …