Çərşənbə axşamı , İyul 28 2026
azfa

İran zənginləşdirilmiş uran ehtiyatını “silahlanma səviyyəsinə yaxın” həddə qədər artırıb

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi cümə axşamı günü məxfi hesabatında bildirib ki, İran İslam Respublikası beynəlxalq tələblərə məhəl qoymayaraq zənginləşdirilmiş uran ehtiyatını “silah səviyyəsinə yaxın” səviyyəyə çatdırıb.

Agentliyin hesabatında deyilir: “İslam Respublikasının 60% zənginləşdirilmiş uranının miqdarı 2024-cü il avqustun 17-nə 164,7 kq olub və bu miqdar agentliyin 2024-cü ilin mayında verdiyi əvvəlki hesabatla müqayisədə 22 kq-dan çox artıb”.

Mütəxəssislərin fikrincə, 60% saflıqda zənginləşdirilmiş uranın 90% saflığı ilə silah dərəcəli urana gətirilməsi yalnız “bir qısa və texniki addım” tələb edir.

İslam Respublikasının nüvə fəaliyyətləri ilə bağlı narahatlığını ifadə edən BMT Təhlükəsizlik Şurası “tətik mexanizmi”nin işə salınmasının mümkünlüyü barədə xəbərdarlıq etmişdi.

2015-ci il İran nüvə sazişinin həyata keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində nəzərdə tutulan tətik mexanizminin işə salınması Tehrana qarşı bütün beynəlxalq sanksiyaların bərpasına səbəb olacaq.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …