Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə mültəciləri yunan vəhşiliyindən qorumaq üçün sərhədə komandoslar göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mültəciləri yunan vəhşiliyi və təcavüzündən qorumaq məqsədilə sərhədə komandoslar göndərir.

Artıq Türkiyə Yunanıstanla sərhədə 1000 xüsusi təyinatlı polis göndərir. Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Məqsəd Yunanıstan tərəfindən geri göndərilən miqrantları qorumaq olacaq. İnsanlara qarşı pis rəftar edilməsinə icazə verməyəcəyik. Yunanların beynəlxalq hüquq normalarını pozaraq təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün biz də belə bir addım atmağa məcbur olduq”, – nazir bildirib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın