Çərşənbə , Yanvar 15 2025
azfa

Türkiyə ordusu Afrində 3195 kürd terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu Afrində daha 46 terrorçunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bununla da “Zeytun budağı” əməliyyatının başlanğıcından bu günə qədər öldürülən terrorçuların sayı 3195-ə çatıb.

Bu arada “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun sürətli hücumunu təmin etmək üçün daha bir üsuldan istifadə edilib.

YPG terror təşkilatının qazdığı dərin səngərlər və çuxurlardan tank və digər zirehli texnikanın rahat keçməsi üçün daşınan körpülər Suriyaya göndərilib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın