GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin şimalında Bülbül bölgəsində yerləşən Huruz dağını azad etmək üçün başlatdığı hücum uğurla nəticələnib. Bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Huruz dağının alınması ilə Bülbül bölgə mərkəzinin təhlükəsizliyi təmin olunub. Hazırda dağın yaxınlığındakı ərazilər terrorçulardan təmizlənir.
Türkiyənin “Zeytun budağı” əməliyyatı çərçivəsində hələlik 31 məntəqə terrorçulardan təmizlənib.
Bu arada isə PYD/YPG terrorçuları Afrində türk tankını ABŞ istehsalı olan “BGM-71 TOW” tank eleyhinə raket kompleksi ilə vurub. Məlumata görə, artıq hücumun təşkil edildiyi ərazi aviasiya və artilleriya zərbələri ilə məhv edilib.