Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə ordusundan Afrində yeni zəfər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Çaranlı, Harabat Çaranlı və Şirkan kəndlərini terrorçulardan azad edib. Bununla da Türkiyə ordusu Afrinin mərkəzinin 5 kilometrliyindəki Şeran bölgəsini ələ keçirib.

Sözügedən bölgənin alınması Afrin əməliyyatının sürəti baxımından xüsusi önəm kəsb edir.

Bu arada isə Türkiyə Silahlı Qüvvələri və ASO tərəfindən azad edilən Afrinin Şiran bölgəsindəki Nəbi Huri türbəsi ziyarətə açılıb.

Türbəni ziyarət edən vətəndaşlar PKK-nın buranı ziyarət etməyi qadağan etdiyini xatırladıb:

“5 il idi ki, bu türbəni ziyarət etmək PKK tərəfindən qadağan edilmişdi. Türkiyə ordusunun zəfərindən sonra rahat şəkildə buraya gəlib-gedirik”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın