Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyə qaçqınların Yunanıstan qüvvələıri tərəfindən yandırılma cəhdinə Avropanın susmasını tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən yandırılmağa çalışılan qaçqınların videosunu rəsmi sosial media hesabında paylaşıb.

O yazıb: “Yunan asayiş keşikçilərinin insanların üzərinə benzin tökərək yandırmaq cəhdi Avropanın gözü önündə qətliam törətməkdir. Avropa Yunanıstanda baş verənlərə susmağa davam etdikcə, bu, şərin təhrikçisi olaraq da adlandırılacaq”.

Məlumata görə, İzmirin Çeşme bölgəsinin cənub-qərbində, Karaabdullah burnunun qarşısında keşik çəkən sahil mühafizə gəmisi Yunanıstan tərəfdəki miqrant qayığının yenidən Türkiyənin ərazi sularına geri qaytarıldığını təsbit edib.

Qeyd edək ki, yunan nəzarətçiləri tərəfindən qovulan 41 miqrant xilas edilərək Çeşme limanına gətirilib. Ayağında yanıq xəsarətləri olan bir miqrant isə xəstəxanaya yerləşdirilib. Miqrantlar o anları belə anladıblar: “Üstümüzə benzin tökdüklər. Yunan polisi pulumuzu, telefonlarımızı aldı. Bizə “get” deyən qadın benzini üstümüzə tökdü, yandırmağa başladı. Yunan polisi dedi ki, Türkiyəyə getmədiyiniz üçün yandırılırsınız”.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …