Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycanlı vicdan məhbusu Əlirza Fərşi məzuniyyət hüququndan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı vicdan məhbusu Əlirza Fərşini məzuniyyət hüququndan məhrum edib.

Əlirza Fərşi ailə üzvləri ilə telefon danışığı zamanı bu barədə məlumat verib.

Fəal Azərbaycan türk millətinin ana dili hüququ uğrunda fəaliyyətinə görə həbs edilib və hazırda Fəşafuyə zindanında həbsdə saxlanılır.

Əlirza Fərşinin sözlərinə görə, bir neçə həftədir ki, məzuniyyət hüququndan istifadə etmək üçün etdiyi müraciətinə cavab verilməyib.

Azərbaycanlı siyasi məhbus aprelin 17-də yaxınları ilə telefon danışığında bildirib ki, aprelin 5-də həbsxana nəzarətçi hakimi tərəfindən aldığı bildirişdə, onun 10 mart 2020-ci il tarixində girov qarşılığında məzuniyyətə buraxılması barədə qərar verilib. Ancaq o bu qərarın ona bir neçə həftə gecikmə ilə bildirilməsinə baxmayaraq yenə də məzuniyyətə buraxılmasına imkan verilmədiyini deyib.

Son iki həftə ərzində Əlirza Fərşinin vəkili və yaxınları onun məzuniyyətə buraxılmamasına etiraz edib, tələb olunan 500 milyon tümənlik girovun qoyulması ilə razılaşıblar. Lakin rejim buna mane olub.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …