Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türkiyə Reyhanlıda terror törədən terrorçunu Suriyada yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) əməkdaşları Suriyanın Latakiya bölgəsində xüsusi əməliyyatla axtarışda olan terrorçunu ölkəyə gətiriblər.

Xüsusi əməliyyat nəticəsində saxlanılaraq ölkəyə gətirilən Yusuf Nazik adlı terrorçu Reyhanlı bölgəsində 52 nəfərin ölümünə səbəb olan teraktları planlaşdıran şəxsdir. Nazik keçirilən ilk dindirilmədə hücumları planlaşdırdığını etiraf edib.

Qeyd edək ki, 2013-cü ilin mayın 11-də Hatayın Reyhanlı bölgəsində 2 terror hadisəsi baş verib. Hücumlar nəticəsində 52 nəfər ölüb, 146 nəfər yaralanıb. Minalanmış avtomobillərin partladılması ilə baş verən hücum Türkiyə tarixində 2015-ci ildəki Ankara hücumundan sonra ən qanlı ikinci terror aktı kimi qeyd olunub.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın