Bazar , Noyabr 15 2026
azfa

Türkiyə Suriyada hərbi bazalar açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri ilkin mərhələdə Suriyanın şimal ərazilərində 10 hərbi baza yaradacaq. Bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Belə ki, Suriyada təhlükəsiz zonanın yaradılması ilə bağlı ABŞ-Türkiyə arasında əldə edilən razılaşmada sözügedən məsələ qeyd olunur.

Qeyd edək ki, 5-7 avqust tarixlərində ABŞ-la Türkiyə arasında keçirilən görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bölgənin koordinasiyası və idarə edilməsi üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin qurulmasına qərar verilib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın